Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladılan Vətən müharibəsinin iştirakçılarından biri də Şahin Hümbətovdur. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hümbətov Kəlbəcər, Cəbrayıl, Füzuli Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

"Unikal" xəbər verir ki, o, oktyabrın 26-da Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şəhidin anası Sabirabad rayonunun Minbaşı kənd sakini, Nargilə Hümbətova fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı müraciət edib.

Birliyin Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları qısa müddət ərzində əraziyə cəlb olunub və fərdi yaşayış evi mavi yanacaqla təmin edilib. Şəhid anası göstərilən diqqət və qayğıya görə Ölkə Prezidentinə, eləcə də SOCAR rəhbərliyinə təşəkkür edib.