"C-Knight" ləqəbi ilə tanınan məşhur amerikalı reper Arnez Blount 53 yaşında vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ifaçı şəkər xəstəliyinin yaratdığı fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilmişdi.

Müalicə zamanı musiqiçi insult keçirib və nəticədə ürəyi dayanıb.