İntihar sosial bəladır?
12:12 13-04-2013
CƏMİYYƏT
Kütləvi informasiya vasitələrində yer alan xəbərlərin monitorinqi göstərir ki, son zamanlar Azərbaycanda baş verən intihar hadisələrinin sayı artıb.
Dəyanət Rzayev: ""İşsizlik və bundan qaynaqlanan depressiya həm də cəmiyyətdə zorakılığın çoxalmasına səbəb olur"
Bir çox mütəxəssislər hesab edirlər ki, KİV-də bu kimi xəbərlərin yer alması intihar hadisələrinin insanların gözündə adiləşməsinə gətirib çıxarmaqla yanaşı, həyatda ümidsizliyə qapılıb psixoloji sarsıntı keçirən insanların diqqətini cəlb edir və onlarda intihar meyllərini artırır.
Ekspert-psixoloq Aydın Nəcəflinin "Unikal"a bildirdiyinə görə, "Müasir dünyada intihar geniş yayılmış hadisələrdən biridir. Mən də bu fikirdəyəm ki, bu mürəkkəb hadisənin sosial-iqtisadi hadisələrlə əlaqələndirilməsi problemə səthi yanaşmadan irəli gəlir. İntiharlara bu kriteriya ilə yanaşanda dünyanın Norveç, İspaniya və Amerika Birləşmiş Ştatları kimi qabaqcıl ölkələrində intihar edənlərin sayının çox olmasını izah etmək müşkül məşğuliyyətə çevrilə bilər. Qeyd etdiyim kimi, intihar sosial hadisə və bu motvlərlə bağlı deyil. Ən çox heyrət doğuran budur ki, XX əsrdən başlayaraq intihar faktları daha sıx şəkildə qeydə alınmağa başlayıb. Azərbaycan bu siyahıda axırıncı yerlərdən birini tutur".
Ekspertin sözlərinə görə, "Dünyanın aparıcı psixoloqları və tanınmış elmi tədqiqat mərkəzləri intihar fenomenini şərtləndirən psixoloji amilləri araşdırarkən bu cəhəti xüsusi vurğulayırlar ki, intihar faktı daha çox genetik-irsi proqramla bağlı olur. Bütün dünyada depressiya, eləcə də intihar, narkotika kimi zərərli vərdişlərdən asılılıq hallarında artım var. Depressiyada artımın ən əsas səbəbləri müasir və sürətli həyat tərzi, gözləntilərin yüksək olması, insanların daha çox maddi zənginliyə malik olmaq üçün barışdırıcı xüsusiyyətini itirmiş rəqabət mühiti içində yaşamalarıdır. Ailə həmrəyliyi kimi sosial dayaqların zəifləməsi də depressiya hallarının artmasına səbəb olur. Bu baxımdan bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ailə dəyərlərinin zəifləməsi, insanların daha asan yollarla zəngin olma həvəslərinin artması insanlar arasında depressiya hallarının çoxalmasına gətirib çıxarır".
Psixoloq Dəyanət Rzayevin "Unikal"a bildirdiyinə görə, "Praktika ilə müntəzəm şəkildə məşğul olan bir psixoloq kimi deyə bilərəm ki, öz müştərilərimdə ən çox müşahidə etdiyim psixi əyinti xroniki depressiyadır. Xroniki depressiya daha çox sosial motivlərlə bağlı olur. Kişilərdə daha çox qeydə alınan bu xəstəlik dövri xarakter daşıyır və o qədər də qorxulu hal deyil və müəyyən dövrdən sonra keçib getməlidir. Bu yaşantılar bir aydan artıq davam eləmir, amma insana vurduğu psixoloji ziyan böyük olur. Xroniki depressiya özünə və ətrafdakılara inamsızlıq, sabaha bədgüman yanaşma, səbəbsiz yerə tez-tez hövsələdən çıxma kimi sindromlarla müşayiət olunur". Psixoloq hesab edir ki, "Bu psixoloji əyintini aradan qaldırmağın ən optimal yolu əmək terapiyasının tətbiqidir. Yəni ailə başçısı olan kişi işsiz qalanda bu tendensiyaya qapılır. İşsizlik kişidə xeyli psixi və fizioloji səciyyəli əyintilər meydana gətirir. Sovetlərin zamanında işsizlərə ictimai və inzibati diqqət güclü olduğundan həm işsizlik az-az qeydə alınırdı, həm də işsiz qalan şəxslə müvafiq strukturlar maraqlanırdı. Hazırda isə işsiz qalan fərdə qarşı belə bir maraq yoxdur".
Psixoloqun fikrincə, "İşsizlik və bundan qaynaqlanan depressiya həm də cəmiyyətdə zorakılığın çoxalmasına səbəb olur. Gündəlik cinayət xronikalarında tez-tez oxuyuruq ki, filankəs bıçağını çıxardıb filankəsin qarnına soxdu və yaxud filan orqanını kəsdi. Cinayətin səbəblərini araşdıranda isə məlum olur ki, işin kökündə son dərəcə bayağı və adicə bir fakt durur. Bu zaman bizə qəribə gəlir ki, adi bir mübahisəyə görə belə bir cinayət niyə baş verib? Bütün bunların kökündə depressiya durur"."
Anar
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22