İslamçılar Azərbaycanda gücdülərmi?
12:13 13-04-2013
CƏMİYYƏT
İslamçılar Azərbaycanda gücdülərmi?
Türkiyədə yaşananlar Azərbaycanda təkrarlanır
Son günlər dini qruplaşmaların aktivləşməsi deyəsən ciddi narahatçılıqlar yaradır. Uzun müddət bu aktivləşməni önəmli hesab etməyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidə artıq həyacan təbili çalır. Belə ki, dindarların siyasiləşməsini nəzərə alaraq vahid xütbə məcmuəsi yaradılır, dini kitabların satışı məhdudlaşdırılır və yəqin ki, əlavə tədbirlərdə həyata keçiriləcək. İndilikdə isə komitə sədri əsasən bölgələrdə ki, dindarlarla sistemli görüşlər keçirir və bir sıra maraqlı açıqlamalar verib.
Komitə sədri Elşad İskəndərov son vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyillərindən də danışıb. Qeyd edib ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: "Bəziləri dindarların siyasiləşdirilməsi, siyasi oyunlara cəlb edilməsi üçün müxtəlif vasitələrdən istifadə edir. Öz məqsədlərinə nail olmaq üçün dindarlardan istifadə etmək fikrinə düşürlər. Amma bunu etmək istəyənlər unudurlar ki, Azərbaycan xalqı. O cümlədən ölkədəki dini icmalar dövlətçilik prinsiplərinə sadiqdirlər. Biz əminik ki, dini icmalar bu cür çirkin oyunlara qoşulmayacaqlar.Dinçi bolşeviklər" "ateist bolşeviklər" qədər dinə zərbə vurur. Odur ki, xalqın dini maarifləndirməsində, həmçinin islamın düzgün təbliğində sizlərin üzərinə böyük vəzifə düşür. Düşünürəm ki, biz bu cür hallara qarşı birgə mübarizə aparacağıq".Amma burda diqqəti cəlb edən əsas məsələ islamçıların siyasiləşməsi məsələsidir. Bu siyasiləşmə sabah Azərbycanı islam ölkəsinə çevirə bilərmi və ya islamçılar hakimiyyətə gələ bilərmi?
Ekspertlər bildirir ki, bu gün Azərbaycanda dindarların sayı sürətlə artır və hazırda ölkədə ki, proseslər 15 il öncə ki, Türkiyəni xatırladır. Uzun illər Türkiyədə dini qadağaların olması və sonradan cəmiyyətdə loyallaşmanın olması dindarların təşkilatlanmasına səbəb oldu və qısa zaman ərzində bir neçə dinə bağlı partiya yaradıldı. Öncə "Səadət" partiyası hakimiyyətə gəldi, daha sonra isə mövcud AKP hakimiyyətə gəldi və bu gündə hakimiyyətdədirlər. Ekspertlər bildirir ki, Türkiyədə dindarların hakimiyyətdə qala bilmə səbəblərindən başlıcası onların loyal xətt yürütmələridir. Bundan başqa Türkiyədə əhalinin böyük hissəsi eyni təriqət üzvləridir deyə dindarlar arasında parçalanma yoxdur. Azərbaycana gəldikdə isə burda durum həm oxşar , həm də fərqlidir. Oxşardır ona görə ki, uzun illər dini yasaq olub və bu gün yaranan sərbəstliyin nəticəsi olaraq insanların dinə qayıdışı sürətlidir. Hətta sosioloqlar hesab edir ki, 10 ildən sonra ölkə əhalisinin 40 faizdən çoxu dini qaydalara əməl edəcək. Yəni artıq bunlar bir sosial baza kimi gündəmə gələ biləcəklər. Bundan başqa indinin özündə də gənclərin dinə marağı həddindən artıq çoxalıb və bu gün həm də müxtəlif dövlət strukturlarında yüzlərlə dindar şəxs çalışır. Həmçinin artıq 20 ilə qədərdir ki, Türkiyədə fəaliyyət göstərən və nurçulara məxsus olan məktəblər Azərbaycanda fəaliyyət göstərir və demək olar ki, bu məktəblərdə təhsil alan şəxslər ən təhsilli şəxslər hesab edilir və onlarda sürətlə dövlət strukturlarında işlə təmin olunurlar. Bunun gələcəkdə nə ilə sona çatacağını isə demək o qədər də çətin deyil. Amma problemli olan məsələ budur ki, ölkə əhalisinin böyük hissəsi şiə olsada, hazırda sünnə təriqətinə maraq kifayət qədər artıb və buda ölkədə yaxın illərdə iki təriqətin tərəfdarlarının sayı bərabərləşəcək. Bu isə fəsadsız ötüşməyəcək. Bundan başqa hazırda yaşanan başqa problem budur ki, hazırda ölkədə ki, şiə təriqəti üzərində İranın, sünnə təriqəti üzərində isə Türkiyə və Səüdiyyə Ərəbistanının nəzarət yaratmaq cəhdini görürük. Əslində bu gün hakimiyyətin narahatçılığıda məhz bununla bağlıdır. Çünki yad ölkə maraqlarının hakim marağa çevrilməsi gələcəkdə dövlətçilik üçün də real təhlükə olacaq. Son zamanlar aktivləşən dindarlarla bağlı proseslərdə də məhz bunun şahidi oluruq. Azərbaycanda bir dindar, hətta başqa bir cinayət əməlinə görə həbs olunanda ilk növbədə İrandan sərt reaksiya gəlir. Bu isə sübut edir ki, Azərbaycanda islamçılar sürətlə siyasiləşsələrdə,onlarda marifləndirmə işi kifayət qədər zəifdir. Belə ki, Türkiyədə heç bir din adamı Türkiyənin bir qarışını belə hansısa müsəlman dövlətinə verilməsinə razı olmaz. Amma Azərbaycanda hətta dövləti dövlət kimi qəbul etməyib, İranın bir əyaləti hesab edənlərə də kifayət qədər rast gəlmək olar.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22