Türkiyə-İran sərhəddindəki zəlzələ Naxçıvanın bir neçə rayonlarında qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınmışdır. Zəlzələ Naxçıvan MR-nın Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunmuşdur.
Yerli vaxtla saat 18:58-də qeydə alınan zəlzələ yerin 10 kilometr dərinliyində olub.
*** 19:17
Bu gün yerli vaxtla 19:06-da Türkiyə-İran sərhəddində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilir ki, zəlzələ Naxçıvan MR-də 3 bala qədər hiss olunub.
*** 19:07
Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.
"Unikal" xəbər verir ki, 18:58-də qeydə alınan zəlzələ 3 bala qədər hiss olunub və 5-7 saniyə çəkib.