Naftalan Şəhər Polis Şöbəsinə 1981-ci il təvəllüdlü S. İmaninin naməlum avtomobil tərəfindən vurulması, piyadanın aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub.

"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Naftalan şəhər sakini, M. Hüseynov tanışına məxsus avtomobil ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçdıqdan sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.

Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir