İllər əvvəl qatıldıqları dəb yarışmaları ilə məşhurlaşan, bloger Nihal və Bahar Candan bacıları çirkli pulların yuyulması iddiası ilə saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Əməliyyat zamanı saxlanılan bacıların evlərində axtarışlar aparılıb. 

Xatırladaq ki, bundan əvvəl Dilan və Engin Polat cütlüyü də çirkli pulların yuyulması ittihamı ilə həbs edilib.