Həftənin sayca 2-ci “Açıq mikrofon” aksiyası qaz açılışı ilə əlamətdar olub.
"Unikal" xəbər verir ki, “Səyyar qəbul otağı”nın təşkil olunduğu məkan isə Qax rayonunun yeni qazlaşdırılan Qarabaldır kəndidir. Bundan öncə keçirilən aksiyalarda adıçəkilən kəndin camaatı bir istəklə çıxış edirdi ki, o da aylar keçmədən SOCAR-ın “Azəriqaz” İB tərəfindən həllini tapdı. Və bu dəfə Qarabaldır kəndində təşkil olunan “Səyyar qəbul” otağı"nda ancaq abonentlərin minnətdarlıqları öz əksini tapıb. Sakinlər operativ fəaliyyətə görə ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. Daha sonra Zaqatala RQİİ-nin rəhbər şəxsləri fərdi yaşayış evlərindən birində olub, təbii qazın verilişi ilə əlaqədar ev sahibinin timsalında bütün kənd sakinlərinə mavi yanacaqdan istifadədə uğurlar arzulanılıb.
Qeyd edək ki, 105 evdən ibarət olan Qarabaldır kəndinin əhali sayı 500 nəfərə yaxındır. SOCAR-ın “Azəriqaz” İB tərəfindən kənddə aparılan qazlaşma işləri çərçivəsində 7200 metr müxtəlif diametrli qaz xətləri çəkilib.