“Alisa” rok qrupunun yaradıcılarından biri, məşhr musiqiçi Andrey Şatalin noyabrın 13-də 63 yaşında dünyasını dəyişib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, musiqiçi son zamanlar ağır depressiyadan əziyyət çəkirdi.
Şatalin rus gitaraçı və klaviatura ifaçısı, aranjimançı və bəstəkardır. 1960-cı ildə Krasnoyarskda anadan olub. 1980-ci ildə Leninqrad Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olub və burada digər tələbələrlə birlikdə "Demokrit quyusu" qrupunu yaradıb.
1983-cü ildə 2003-cü ilə qədər fasilələrlə çıxış etdiyi "Alisa" qrupunu yaradıb.