Neftçala rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Görüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəlini ziyarət ediblər, önünə gül dəstələri düzüblər, Ulu Öndər Heydər Əliyevin ruhu ehtiramla yad ediblər. Çap materiallarından hazırlanan sərgiyə tədbir iştirakçıları tərəfindən baxış keçirilib.
İlk öncə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Görüşdə çıxış edən Neftçala rayon Məhkəməsinin sədri Ceyhun Qədimov, Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri Nəsif Nəcəfov, Neftçala RPŞ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Valeh Hətəmov və Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik leytenantı Anar Salahov zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirməsi, yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən Dahi Öndər bununla bağlı xüsusi yaradılan Komissiyaya şəxsən rəhbərlik etməsi, 1995–ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamızın müəllifi məhz Ümummilli Lider Heydər Əliyevin olması haqqında görüş iştirakçılarına geniş məlumat veriblər.
Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Azərbaycanda hüquqi dövlət quruculuğunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması, müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tutması, Ümummilli Lider Heydər Əliyevin ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atması, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi, demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsinin olması haqqında geniş məlumat verib. RİH-in Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olunmasını diqqətə çatdırıb.