Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında keçirilən əməliyyatla əlaqədar İsrailin təcridini daha da artırmaq niyyətində olduğunu bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Türkiyə həm Yaxın Şərqlə bağlı qətnaməni dəstəkləyən 121 ölkə, həm də səsvermədə bitərəf qalan 40 ölkə ilə dialoq aparacaq.
"Biz İsraili təcrid etməyə və hər cür humanitar yardımla (Qəzza zolağına - red) dəstək verməyə davam edəcəyik. Onların (İsrailin - red.) beynəlxalq məhkəmələrdə mühakimə olunmasını təmin etmək üçün addımlar atacağıq", - Türkiyə lideri parlamentdə çıxışı zamanı bildirib.
Gülayə Mecid