“Şou-biznesdə bəzən deyirlər ki, bunun qiyməti filandır. Başı çıxan bilir ki, sən nə geyinirsən".
"Unikal" xəbər verir ki, bunu müğənni Ayan Babakişiyeva "Tarixin bir günü" verilişində deyib.
"Birincisi, şişirdib qiymət demə. İkincisi də, həmin markanın heç elə modeli yoxdur. Sırf marka geyinənlər Aygün Kazımova, Röya Ayxan, Gülay Zeynallı və mənəm. Baxıram, heyifsilənirəm, heç olmasa, markanı geyinəndə saytlar var, girib orada baxın, sonra gedib deyin qiymətini”, - deyə Ayan həmkarlarına atmaca atıb.