“Bi-2” və “Dune” qruplarının keçmiş musiqiçisi Nikolay Plyavin vəfat edib.
"Unikal" xəbər verir ki, musiqiçi Moskvada kirayədə qaldığı mənzildə ölmüş vəziyyətdə tapılıb. İlkin məlumata görə, hadisə cinayət xarakterli deyil. Lakin "StarHit" nəşri Nikolayın cəsədinin qan içində olduğunu iddia edib. Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
Qeyd edək ki, Plyavin 1999-2006-cı illərdə Bi-2-nin üzvü olub.