"Murda" ləqəbli Mehmet Önder Doğanın məhkəməsi baş tutub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnıları ilə narkotik maddələrə meyilləndirdiyi iddia edilən sənətçinin bəraətinə qərar verilib.
Qeyd edək ki, Murdanın 4 il 2 ay həbs cəzası alması tələb olunmuşdu.