Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Belçika yığmasına qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyununda iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, buna 27 yaşlı hücumçunun hazırda davam edən İsveçlə matçda sarı vərəqə alması səbəb olub.
29-cu dəqiqədə hakimə etiraz etdiyi üçün xəbərdarlıq alan forvard cəzalı duruma düşüb.
Qeyd edək ki, Azərbaycan - İsveç oyununda ilk hissə oynanılır və yığmamız 2:0 hesabı ilə öndədir.
Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.