İngiltərəli müğənni Ed Şiran 450 ədəd geyimini hərraca çıxarıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçi əldə olunan gəliri uşaqlar üçün olan xeyriyyə qurumuna bağışlayacaq.
Qeyd edək ki, hərracda 20 köynək, 11 şalvar, 14 papaq, 6 tulum, 73 corab və xeyli sayda alt paltarı sərgilənib. Geyimlər öncədən yuyulmayıb və ütülənməyib.