Rusiyalı məşhur müğənni Lolita Milavskaya 2020-ci ildə pandemiya səbəbindən ləğv edilən konsertinə görə üç milyon rubl ödəyəcək.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, sənətçinin illər əvvəl çıxışına görə aldığı avans və faizlərinin geri qaytarmadığı üzə çıxıb.
Lolita təşkilatçılara konserti başqa tarixə keçirməyi təklif edib. Lakin şirkət fəaliyyətini dayandıraraq, hüquqları başqa insanlara verib və sənədlərdə qarışıqlıq yaranıb. Bu səbəbdən də məsələ üç il uzanıb.
İfaçı münaqişəni məhkəmə baş tutmadan həll edə bilib. İndi o, avans məbləğini 20 gün ərzində faizsiz qaytarmalıdır.