"RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Fox", "Star", "Show" telekanallarını cərimələyib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Sakla beni", "Hüdudsuz sevda" serialları və "Didem Arslan Yılmazla vazgeçme" proqramına görə kanallara pul cəzası kəsilib.

Buna səbəb isə layihələrdə şiddətə meyillilik, uşaq və gənclərin əxlaqına zərər gətirən səhnələrin olmasıdır.