Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolunu canlandıracağı "Gaddar" serialının heyətinə daxil olacaq adlardan daha birinin kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, ekran işində aktrisa Laçin Ceylan rol alacaq. O, layihədə aktyor Çağatay Ulusoyun həyat verəcəyi "Levent"in anası "Fatma" obrazını canlandıracaq.

Qeyd edək ki, Laçin son olaraq "Yüz yıllık mucize" serialında rol alıb.