Ermənistan Hindistandan yeni artilleriya qurğusu alacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" nəşri yazıb: 
"Hindistanın müdafiə sənayesi üçün əhəmiyyətli bir inkişaf olaraq, bu ölkənin aparıcı artilleriya sistemləri istehsalçısı olan “Bharat Forge” şirkəti bu yaxınlarda nümayiş etdirdiyi “MArG 155” markalı təkərli özüyeriyən haubitsaların (açıq və örtülü yerlərdəki hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü) Ermənistan üçün nəzərdə tutulduğunu təsdiqləyib. 

Məlumata görə, İrəvanın bu artilleriya qurğusunu sifariş etməsi ilə bağlı məlumatlar ilk dəfə mart ayında mediada yer alıb. 

Qeyd edək ki, “MArG 155” modeli 155 mm 39 kalibrli top və 4x4 təkərli şassi ilə təchiz edilmiş müasir artilleriya sistemidir".