Finlandiyanın Olkiluoto 3 atom elektrik stansiyası noyabrın 19-da axşam saatlarında fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, bu barədə stansiya operatoru Teollisuuden Voima bildirib. İşin dayandırılmasına səbəb turbin blokunda aşkar edilmiş nasazlıq olub. Operator yeni təfərrüatları daha sonra təqdim edəcəyinə söz verib.

Hazırda səbəb araşdırılır. Atom elektrik stansiyasının nə vaxt işə qayıdacağı məlum olduqdan sonra əlavə məlumat verəcəyik ”, - mesajda deyilir .

Atom elektrik stansiyası Qərbi Finlandiyada, Olkiluoto yarımadasında Baltik dənizində Botniya körfəzinin sahilində yerləşir. Atom elektrik stansiyasının üç işləyən reaktoru ölkədə istehlak edilən bütün elektrik enerjisinin təxminən 30%-ni istehsal edir.

Bundan əvvəl məlum olub ki, Kursk AES-in üçüncü enerji bloku avtomatik olaraq söndürülüb. Stansiyanın mətbuat xidmətindən verilən məlumata görə, təhlükəsiz istismar şəraitinin pozulması halı qeydə alınmayıb, prosedur təlimata uyğun həyata keçirilib. Qurğunun dayandırılmasına səbəb planlı işlərlə bağlı olub, başa çatdıqdan sonra yenidən şəbəkəyə qoşulacaq.