Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, sənətçi "Xəbərin var?" verilişində bildirib ki, həyat yoldaşı Rafiq Əliyevlə küsülü olanda onu vurur:
"Bəzən olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, necə bu qədər küsülü qalmaq olar? Dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tez ol denən məni sevirsən, yoxsa sevmirsən? Sevmirəm deyə bilər?".