Türkiyəli rejissor Yücel Uçanoğlu vəfat edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissor 90 yaşında dünyasını dəyişib. Onun ötən gecə vəziyyətinin pisləşdiyi və təcili yardım çağrıldığı bildirilib.
Qeyd edək ki, Yücel "İyi aile robotu", "Nisan yağmuru", "Gurbetçiler", "İtirazım var", "Atmaca Mehmet", "Kralların öfkesi", "Azrail benim" kimi ekran işlərinin rejissor kürsüsündə əyləşib.