Barselona məhkəməsi kolumbiyalı müğənni Şakiranı 7,3 milyon avro cərimələyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.
Sərvəti 270 milyon avrodan çox qiymətləndirilən Şakira vergi fırıldaqlarında təqsirli bilinib. Müğənni günahını etiraf edib.
Ulduzun yayınmaqda ittiham olunduğu məbləği ödəməli olacağı, faizdən əlavə, təxminən 15 milyon funt-sterlinq (17 milyon avro) təşkil etdiyi bildirilir. O, həbsdən yayınmaq üçün 432 min avro da ödəməli olacaq.
Ağarza Elçinoğlu