İsrailli iş adamına məxsus gəminin ələ keçirildiyini bildirən “Ənsar Allah” hərəkatından olan Yəmən husi üsyançılarının hərəkətləri ilə İranın heç bir əlaqəsi yoxdur.
"Unikal" TASS-a istinadən xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani deyib.
İranın diplomatiya idarəsinin sözçüsü İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin Qırmızı dənizdə “Galaxy Leader” gəmisinin qaçırılmasında İranın əli olması ilə bağlı ittihamları rədd etdiyini vurğulayıb. O, bu cür ittihamların əsassız olduğunu bildirib.
Qeyd edək ki, Baham adaları bayrağı altında üzən, lakin israilli sahibkar Rami Ungerə məxsus olan “Galaxy Leader” gəmisi Qırmızı dənizdə husilər tərəfindən ələ keçirilərək, Yəmənin qərbindəki Hudeyda əyalətindəki limana aparılıb. Gəmidə 22 ekipaj üzvü olub