İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Peter Lerner, Əl-Şifa xəstəxanasının HƏMAS yaraqlıları tərəfindən istifadə edildiyinə dair heç bir dəlil olmadığı barədə xəbər verdiyi üçün BBC telekanalından üzr istəməsini tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Lerner qeyd edib ki, İsrail hərbçiləri xəstəxananın altında zirehli qapısı olan 50 metrlik tunel, həmçinin odlu silahlar, rabitə vasitələri və digər silahlar aşkar ediblər.
“HƏMAS Səhiyyə Nazirliyi yalan danışdı və HƏMAS-ın xəstəxanadan sui-istifadə etdiyini təkzib etdi. Ümumdünya Səhiyyə Təşkilatının bunu pisləyəcəyini gözləyirik, BBC Dünya Xidməti dezinformasiyaya görə üzr istəyəcəkmi? Ceremi Bouen səhv etdiyini deyəcəkmi?”, - deyə Lerner bildirib.
Keçən həftə BBC-nin redaktoru Bouen, Əl-Şifa Xəstəxanasının HƏMAS-ın qərargahı olduğuna dair İDF-nin sübutlarını sorğulayan bir xəbər dərc edib.