Türkiyə, Bolqarıstan və Rumıniya Qara dənizdə minalardan birgə təmizləmə ilə bağlı razılığa gəlmək niyyətindədir. Üç ölkənin müdafiə nazirlərinin müavinləri bu məsələni müzakirə etmək üçün Ankarada görüşəcək.
"Unikal" xəbər verir ki, Türkiyə, Rumıniya və Bolqarıstan tezliklə Qara dənizdə minaların təmizlənməsi üzrə birgə qrupun yaradılması haqqında saziş bağlaya bilər.
"Üç ölkənin müdafiə nazirlərinin müavinləri dənizdəki minalardan təmizləmə bölməsinin təfərrüatlarını yekunlaşdırmağa çalışmaq üçün çərşənbə günü Ankarada görüşməyə hazırlaşır", - məlumatda deyilir.
Görüşün iki gün davam edəcəyi qeyd edilir. Tədbirin müqavilənin imzalanması ilə başa çatacağı bəlli deyil.
Əgər tərəflər minatəmizləmə qrupunun yaradılması ilə bağlı razılığa gəlsələr, o zaman belə bir bölmə NATO ilə əlaqəli olmayacaq.