ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ostin "X" hesabında yazıb.
Ətraflı

O, Kiyevdə ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini təsdiqləmək üçün Zelenski ilə görüşdüyünü bildirib

"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli müdafiə ehtiyaclarını dəstəkləməyə davam edəcəyik”, - açıqlamada deyilir.