Türkiyə yenidən Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqlara ev sahibliyi etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan bildirib.
Xarici siyasət idarəsinin rəhbəri Türkiyənin münaqişə tərəfləri arasında ən yüksək səviyyədə danışıqlara ev sahibliyi etdiyini və bundan sonra “müharibə başlayandan bəri ən mühüm irəliləyiş” əldə edildiyini xatırladıb.
“Ölkəmiz bunun üçün şərait yetişəndə yenə də bu cür görüşə ev sahibliyi etməyə və onun moderatoru olmağa hazırdır” deyə bildirib.
Nazir qeyd edib ki, Ankara münaqişənin ədalətli, sülh yolu ilə həllinə nail olmaq üçün Moskva ilə əlaqə saxlayır.
Fidan vurğulayıb ki, Türkiyə Rusiya və Ukrayna ilə münasibətlərin inkişafına öz milli maraqları və beynəlxalq öhdəlikləri əsasında yanaşır.
Rusiya və Ukrayna arasında danışıqlar 2022-ci ilin martında İstanbulda baş tutub .
Daha əvvəl bildirilmişdi ki, ABŞ və Avropa İttifaqının rəsmiləri Rusiya və Ukraynanın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi danışıqlar masası arxasına əyləşmək ehtimalının az olduğuna inanır .