Amerika 1-ci Futbol Liqası (MLS) komandalarından biri olan İnter Mayamidə çıxış edən Argentinalı ulduz futbolçu Lionel Messinin FIFA 2022 Dünya Kubokunda geyindiyi 6 forma hərraca çıxarılacaq.

"Unikal" xəbər verir ki, dünyanın ən əhəmiyyətli hərrac şirkətlərindən biri olan Sotheby's-dən verilən açıqlamaya görə, Argentinanın kubokda qalib gəlməsində baş rol oynayan 36 yaşlı oyunçunun turnir zamanı geyindiyi 6 forması olacaq. Onlar Nyu-Yorkda dəst kimi hərraca çıxarılacaq.

Messinin formalarının 8 milyon funt sterlinqə satılacağı gözlənilir.

Dieqo Maradonanın 1986-cı ildə futbol üzrə dünya çempionatının dörddəbir finalında Argentina-İngiltərə matçında geyindiyi və əli ilə vurduğu qola həsr olunmuş "Tanrının əli" adı ilə satışa çıxarılan forma 7,1 milyona satılıb.