İran hakimiyyəti İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasser Kanani Chafi bildirib.

“İran İslam Respublikası İsrailə qarşı iddia hazırlamaq üçün xüsusi komissiya yaradıb və bu, Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantısının qətnaməsinə uyğun olaraq Beynəlxalq Cinayət Məhkəməsinə veriləcək”, - deyə Kənani Çafi bildirib.