İsraildə yerləşən KAN telekanalının paylaşdığı video reaksiyaya səbəb olub. İsraildə 20 noyabr Ümumdünya Uşaq Hüquqları Günündə 6-12 yaş arası uşaqlara "Qəzzanı məhv et" çağırışı ilə mahnı oxutdurublar.

"Unikal" xəbər verir ki, sosial şəbəkə istifadəçiləri mahnıda “zorakılıq” və “soyqırım” mesajlarının olduğunu bildirərək tənqid ediblər. İsraildə fəaliyyət göstərən KAN-ın sosial media hesabında paylaşılan videoda uşaqlar "2023 Dostluq Mahnısı" adlı mahnı oxuyublar.

Ancaq 20 Noyabr Dünya Uşaq Hüquqları Günündə yayımlanan mahnının sözlərində Qəzza üçün 'məhv' və 'orada heç nə qalmayacaq' mesajları verilir. Sözügedən mahnı sosial mediada reaksiya gördükdən sonra platformadan silinib. Bəzi sosial şəbəkə istifadəçiləri mahnını tənqid edərək, mahnıda “zorakılıq” və “soyqırım” mesajlarının olduğunu bildiriblər.