"Avropa liderləri Holokost rüsvayçılığı ilə girov saxlanılır".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, hesab edir ki, Aİ ölkələrinin Fələstin-İsrail münaqişəsinə müdaxilə etməməsinin səbəbi məhz budur.

"Uşaqlara, qadınlara və qocalara qarşı bütün müasir döyüş vasitələrindən istifadə edən İsrail və onun havadarları insanlığın vicdanı qarşısında mühakimə olunacaqlar” , - Türkiyə lideri vurğulayıb .

Ərdoğan daha əvvəl demişdi ki, İsrail dezinformasiya vasitəsilə Qəzza zolağında hərbi əməliyyatlarına haqq qazandırmağa çalışır. Onun sözlərinə görə, ABŞ 2003-cü ildə İraqın işğalına haqq qazandırarkən eyni texnikadan istifadə edib. Prezident hesab edir ki, bütün qətliamlar qadınlara, kişilərə və uşaqlara hara və necə hücum ediləcəyini aydın şəkildə anlayaraq planlaşdırılıb.

Tibb müəssisələrinə hücumlar tankların, silahların və hətta atıcı silahların köməyi ilə həyata keçirilirdi. İsrail hərbçiləri fəal şəkildə tibb müəssisələrinin altında tunellər axtardıqlarını bildiriblər, lakin bütün bunların “yalan olduğu ortaya çıxdı ”, Ərdoğan qeyd edib.