Türkiyədə bir sərnişin havaya qalxmağa hazırlaşan təyyarədə uşaq dünyaya gətirib.

"Unikal" xəbər verir ki, hadisə Pegasus Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib. Təyyarə Türkiyədən  Fransaya uçmalı idi, lakin uçuşa hazırlaşarkən sərnişinlərdən biri qəfildən doğuş sancısı başlayıb.

Təyyarənin ekipajı sərnişinin doğuşunu həyata keçirib.Qadın doğum sancısı keçirən zaman təyyarə uçuş-enmə zolağında olub. 

Doğuş zamanı qadının köməyinə stüardessalar və feldşer gəlib və yeni doğulmuş körpənin dünyaya gəlməsinə kömək ediblər. Doğuşdan bir neçə dəqiqə sonra körpə və ana hava limanının həkim briqadasına təhvil verilib.