İtaliyanın ən böyük mafiyalarından olan "Ndrangeta"ya qarşı cinayət işi üzrə məhkəmə prosesi baş tutub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin hökmü ilə adıçəkilən mafiyanın 207 nəfəri həbs edilib. 

Bu, on 30 ilin ən böyük mafiya məhkəməsi kimi qiymətləndirilib. 

338 müttəhimin mühakimə olunduğu və 2 il 10 ay davam edən böyük mafiya davasında hökmün açıqlanması 1 saat 40 dəqiqə çəkib. Təqsirləndirilənlərdən 207-si mühakimə edilib. Onlara ümumilikdə 2100 ildən çox hıbs cəzası verilib. 

Qeyd olunub ki, siyasi və təhlükəsizlik bürokratiyası tərəfindən cəzalandırılan şəxslər cinayət təşkilatının fəaliyyətinə şərait yaratmaq və onlara kömək etmək kimi əməllərinə görə məhkum ediliblər.

Ağarza Elçinoğlu