Tacikistan prezidenti Emoməli Rəhmon Rusiyaya rəsmi səfər edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat xidməti məlumat yayıb.

Tacikistan liderinin nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Energetika Nazirliyi, Sənaye və Yeni Texnologiyalar Nazirliyi və ölkənin digər rəsmiləri qatılıblar. 

Tacikistan prezidentinin səfəri iki gün davam edəcək. O, bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Dövlət başçıları ticarət-iqtisadi, humanitar sahələrdə ikitərəfli əməkdaşlıq və strateji tərəfdaşlıq, regional və beynəlxalq məsələləri müzakirə edəcəklər. Danışıqların yekununda prezidentlərin bir sıra sənədləri imzalaması gözlənilir. 

Ağarza Elçinoğlu