Moldova Prezidenti Maya Sandu Ukraynaya səfər edib.

"Unikal" xəbər verir ki bu barədə Prezident Sandunun "X" hesabında bildirilib.

"Bu gün Ukraynanın Avropa yolu üçün həlledici məqam olan Avromaydanın başlanmasından 10 il ötür. Prezidenti Vladimir Zelenski və Olena Zelenska ilə birlikdə mən azadlığın tərəfdarlarını və bunun uğrunda fədakarlıq edənləri hörmətlə yad etdim. Onların irsi yaşayır", - Moldova Prezidenti paylaşımında bildirib.