"“Maydan-3” əməliyyatı 2023-cü ilin dekabrında Ukraynada başlayacaq".

"Unikal" xəbər verir ku,  bunu Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın “The Sun” tabloidinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu əməliyyatın məqsədi dövlət başçısını devirməkdir.

"Əməliyyat "Maydan 3" adlanır. O, prezidenti əvəz etmək üçün nəzərdə tutulub ", - deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, üçüncü Maydanın təşkilatçısının Rusiya olması vacib deyil. Ukrayna prezidenti deyib ki, “Maydan-3” əməliyyatı planının təfərrüatları mütəmadi olaraq dəyişir və məqsəd Zelenskinin fiziki olaraq məhv edilməsi olması vacib deyil.