Rusiyada ictimai yerlərdə zorakılıq törətdiyinə görə 5 ilə qədər həbs cəzası gözlənilən şəxs “pişik sahibi” olduğu üçün həbsdən azad edilib.

"Unikal" xəbər verir ki, Sibir vilayətinin Kemerovo şəhərində yaşayan 48 yaşlı Sergey B. sərxoş halda başqa bir şəxsə hücum etdikdən sonra ictimai yerlərdə zorakılıq törətdiyi və sənədsiz odlu silah saxladığı üçün məhkəməyə verilib.

Məhkəmə təqsirləndirilən şəxsə qarşı bütün ittihamları qəbul edib. Rusiya Cinayət Məcəlləsinə görə, bu ittihamların bəziləri müttəhimin 5 ilə qədər həbsini tələb edib. 

Lakin məhkəmə təqsirləndirilən şəxsin səhhətinin əlverişsiz olması, polislə əməkdaşlıq etməsi və pişik sahibi olması kimi yüngülləşdirici amilləri əsas gətirərək cəzanın təxirə salınmasına qərar verib.

Bildirilir ki,  Rusiya Cinayət Qanununda pişik saxlamaq heç vaxt yüngülləşdirici amil kimi qəbul edilməyib. Ölkədə müttəhimlər yalnız himayəsində olan uşaqları və ya qohumları olduqda cəzanın azaldılmasını tələb edə bilərlər.