Serbiya NATO ilə əməkdaşlığı və əlaqələri inkişaf etdirəcək, lakin hərbi neytrallığını qoruyacaq.

"Unikal" xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 21-nə keçən gecə Belqrada gəlib Bu gün bağlı qapılar arxasında Stoltenberq və Vuçiç arasında səhər iş yeməyi və danışıqlar olub.

"Biz NATO ilə münasibətlərimizi inkişaf etdirəcəyik, itirilmiş etimadı qaytarmağa çalışacağıq, lakin hərbi neytrallığımızı qısqanclıqla qorumağa davam edəcəyik", - Serbiya prezidenti bildirib.