Türkiyənin reytinqli seriallarından biri olan "Yargı" beynəlxalq "Emmy" mükafatına layiq görülüb.
"Unikal" xəbər verir ki, hər il Televiziya İncəsənəti və Elmləri Akademiyası tərəfindən ABŞ-dən kənarda istehsal olunan seriallara verilən "Emmy" mükafatları Nyu-Yorkda öz qaliblərini tapıb.
"Ay Yapım" tərəfindən istehsal olunan "Yargı" serialı Beynəlxalq "Emmy" mükafatlarında "Ən Yaxşı Telenovella" kateqoriyasında mükafat alıb. Mərasimdə serialın prodüseri Kerem Çatay, rejissoru Ali Bilgin, ssenari müəllifi Sema Ergenekon və baş rol ifaçıları Pınar Deniz və Kaan Urgancıoğlu iştirak edib.
Bununla da Kaan Urgancıoğlu beynəlxalq mükafata ikinci dəfə layiq görülən ilk türk aktyoru olub.