Ermənistan tərəfi Azərbaycana 6-cı razılaşma təklifini təqdim edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb. 

"Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yönəlmiş diplomatik səylərin intensivləşdirilməsi ilə bağlı açıq bəyanatının davamı olaraq, Ermənistan tərəfi Azərbaycan tərəfinə 6-cı razılaşma təklifini təqdim edib

Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin tənzimlənməsinə dair sənədin bağlanmasına və imzalanmasına sadiqdir", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu