Gürcüstan prezidenti Salome Zurabişvilinin Qombora adlı iti Tbilisinin mərkəzində yoxa çıxıb.

"Unikal" xəbər verir ki, ölkə rəhbəri bu barədə "Facebook"da məlumat yayıb. 

“Qombora Mziuri/Çavçavadzenin yaxınlığında itdi. O, boz rəngli yaxalıq geyinib. Tapsanız bizimlə əlaqə saxlayın”, -  məlumatda deyilir.  

Gürcüstan prezidenti dəfələrlə paytaxtın mərkəzi parklarında iti gəzdirərkən görüntülənib.

Gülayə Mecid