Rusiya İstintaq Komitəsinin daxili təhlükəsizlik idarəsinin korrupsiyada təqsirli bilinən keçmiş rəhbəri Mixail Maksimenko koloniyalardan birində ölü tapılıb.

"Unikal" xəbər verir  ki, bu barədə Rusiya mətbuatı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, 2018-ci ildə Moskva Şəhər Məhkəməsi Rusiya Federasiyası İstintaq Komitəsinin daxili təhlükəsizlik idarəsinin rəisi Mixail Maksimenkonu 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə, habelə 165 milyon rubl cəriməyə məhkum edib. O, İstintaq Komitəsinin yüksək rütbəli əməkdaşlarından külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

Gülayə Mecid