Dünyada maraqla izlənilən "Maska" şousunun Azərbaycan versiyası hazırlanır.
"Unikal" xəbər verir ki, layihə tezliklə İTV-də ekrana gələcək.

Yarışmanın təqdim olunan ilk posterində isə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayeva yer alıb.