Ən yüksək temperatur Braziliyada 44,8°C qeydə alınıb və hazırda ölkənin bəzi bölgələri istidən əziyyət çəkir.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rekord Minas-Jerais ştatının cənub-şərqindəki Arasuay şəhərində qeydə alınıb. Hökumət qurumu bildirib ki, 44,8°C maksimum temperatur ölkədə 2005-ci ildə müəyyən edilmiş 44,7°C-lik əvvəlki rekordu qırıb.
Belə intensiv istilik iqlim dəyişikliyi ilə əlaqələndirilir. Yerli sinoptiklər bu həftə istilərin azalacağını bildirirlər.