Mən də dekabrda KTMT-nin təşkil etdiyi tədbirdə iştirak etməyəcəyəm.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

O, Ermənistanın KTMT-dən çıxmaq niyyətinin olmadığını vurğulayıb: "İndi elə vəziyyət yaranıb ki, KTMT öz vəzifələrini yerinə yetirmir. KTMT-yə üzvlüyümüz heç bir şəkildə dondurulmayıb. Orada nə etməliyəm? Onlara bildirdim ki, iştirak etməyəcəm. Əminəm ki, onlar da mənim iştirak etməməyimin səbəbini anlayırlar". 

Xatırladaq ki, müdafiə naziri Suren Papikyan bu gün Minskdə keçiriləcək KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

Bundan əvvəl baş nazir Nikol Paşinyan da noyabrın 23-nə planlaşdırılan KTMT sammitində iştirak etməyəcəyini açıqlamışdı.

Ağarza Elçinoğlu