Hind okeanının Benqal körfəzində Rusiya və Hindistanın birgə hərbi dəniz təlimləri başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
"Təlimlərin məqsədi Rusiya və Hindistan arasında dəniz sahəsində əməkdaşlığı hərtərəfli inkişaf etdirmək və gücləndirmək, qlobal təhdidlərə birgə mübarizə aparmaq və Asiya-Sakit Okean regionunda mülki gəmiçiliyin təhlükəsizliyini təmin etməkdir", - bəyanatda deyilir.
Təlimlərdə "Admiral Tributs" sualtı qayıq əleyhinə gəmi və "Pachenga" dəniz tankeri də iştirak edəcək.
Ağarza Elçinoğlu