Ermənistan-Azərbaycan sərhədində KTMT-nin müşahidə missiyasının yerləşdirilməsi Ermənistanın təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli faktora çevriləcəkdi.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Qərarı hələ də müzakirə olunan Ermənistan-Azərbaycan sərhədində KTMT-nin müşahidə missiyasının yerləşdirilməsi, şübhəsiz ki, özünün tam səmərəsizliyini nümayiş etdirməkdə davam edən Aİ missiyasından fərqli olaraq, Ermənistanın təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli faktora çevriləcəkdi", - deyə Zaxarova brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, Avropa missiyası elan edilmiş məqsədlərdən uzaq olan vəzifələri yerinə yetirir.
Ağarza Elçinoğlu