Rusiya prezidenti Vladimir Putinin sevgilisi Alina Kabayevanın bir aydır ictimaiyyət arasında görünməməsi müxtəlif söz-söhbətlərə səbəb olub.
"Unikal" xəbər verir ki, daha əvvəl Putinin çox xəstə olduğunu və onun dublyoru ilə əvəzləndiyini iddia edən "General SVR" adlı "Telegram" hesabında Kabayevanın yoxa çıxması ilə bağlı maraqlı iddialar ortaya atılıb.
Bildirilir ki, Putinin iki övladının anası olduğu iddia edilən 40 yaşlı keçmiş gimnast Kabayeva Kremllə bağlı sirləri sızdırdığı üçün cəzalandırılıb və buna görə də ictimaiyyət arasında görünmür. Yazıya görə, “Putin öldü” iddiasını yayan Kremldəki anonim mənbə Alina Kabayevanın özüdür.
"Telegram" kanalı Rusiya liderinin sevgilisinin “dövlət sirrini paylaşdığı” üçün ev dustaqlığına məhkum edib. Kabayevanın sonuncu dəfə ötən ay Soçidə keçirilən gimnastika turnirində göründüyünə və o vaxtdan bəri onun izinə rast gəlinmədiyinə diqqət çəkib.
Putinin çox xəstə olması və hətta ölməsi ilə bağlı əvvəlki iddialar müzakirələrə səbəb olub və Kreml bu xəbərləri təkzib edib. Putinin Parkinson xəstəliyinə görə hərəkət etməkdə çətinlik çəkdiyi də iddia edilib.